“Dünya siyasətinə etibarsızlıq, qəddarlıq və eqoizm qayıdır”.
“İki sahil” xəbər verir ki, bunu Polşanın baş naziri Donald Tusk televiziya ilə çıxışında deyib.
“Çətin vaxtlar gəlib. Müharibə artıq abstraksiya deyil”, - deyə o bildirib.
Tusk yerli şirkətlərin Polşa bazarında işləməsi üçün daha yaxşı şərait yaratmağı planlaşdırdığını vurğulayıb. O qeyd edib ki, iqtisadi millətçilikdə səhv bir şey yoxdur:
“Biz Polşa şirkətlərinə üstünlük verməkdən çəkinməyəcəyik”.