02 may 2025 08:47
157

Martda Ukraynanın dövlət borcu bir neçə milyard dollar artıb

Martda Ukraynanın dövlət və zəmanətli borcu 2,6 milyard dollar artıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın “Ekonomichna Pravda” nəşri ölkənin Maliyyə Nazirliyinin hesabatlarına istinadən məlumat yayıb.

Martın 31-nə Ukraynanın dövlət borcu 7,123 trilyon qrivnadan çox və ya Ukrayna Milli Bankının məzənnəsi ilə 171,73 milyard dollar təşkil edib.

Qeyd olunub ki, bu il ölkənin ümumi dövlət borcu ÜDM-in 110%-nə qədər arta bilər