03 may 2025 23:55
104

25 dərəcə istidə qoz boyda dolu yağıb - Parisdə - VİDEO

Havanın temperaturunun Parisdə (Fransa) 25 dərəcə olduğu zaman qoz böyüklüyündə dolu yağıb.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, Paris küçələrində gözəl havanın kefini çəkənlər dolu səbəbindən qapalı məkanlara sığınıblar.

Qısa müddətə yağan yağış nəticəsində küçələri su basıb, avtomobillər yolda gözləmək məcburiyyətində qalıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”