05 may 2025 00:17
106

Rumıniyada prezident seçkisində birinci turun qalibi məlum oldu

Rumıniyada Milli Alyansın lideri Corce Simion prezident seçkisinin birinci turunda 30% səs toplayıb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, hakim koalisiyanın (Sosial-Demokrat Partiya, Milli-Liberal Partiya və Rumıniya Macar Demokratik Birliyi) vahid namizədi Krin Antonesku və paytaxt Buxarestin bələdiyyə başçısı müstəqil namizəd Nikuşor Dan hər biri 23% səs alaraq ikinci yeri bölüşüblər.

Nəticə seçki məntəqələrinin bağlanmasından dərhal sonra "exit-poll" kimi açıqlanıb.

Seçici fəallığı 53.18% olub.