05 may 2025 20:18
115

Səudiyyə Ərəbistanı iyun ayında Asiya üçün neftin qiymətlərini artıracaq - "Bloomberg"

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Asiyadan olan alıcılar üçün neftin qiymətini qaldıracaq.

“İki sahil” xəbər verir ki,  bu barədə “Bloomberg” iyun qiymət siyahısına istinadla məlumat yayıb.

Yeni tarifə əsasən, neftin bir barelinin qiyməti 20% baha olacaq. Qərar OPEC+ sazişi çərçivəsində xammal istehsalında gözlənilən sıçrayışdan asılı olmayaraq qəbul edilib.

Asiya üçün “Arab Light” markalı xam neftin qiyməti 0,2 dollar/barel artacaq. OPEC+ görüşündən əvvəl sorğuda iştirak edən neft emalı zavodları və treyderlər bir barel üçün 0,30 dollar artım gözləyirdilər. "Bloomberg" qeyd edir ki, "Saudi Aramco" digər regionlar, o cümlədən Avropa və ABŞ üçün bütün növ neft qiymətlərinə yenidən baxıb. ABŞ üçün qiymətlər 0,2 dollar/barel, Şimal-Qərbi Avropa və Aralıq dənizi ölkələrindən olan alıcılar üçün 1,1 dollar/barel azalacaq.

Apreldə OPEC+ iştirakçıları mayın 1-dən neft hasilatını sutkada 411 min barel artırmaq barədə razılığa gəliblər. Bu, hasilatı bərpa etmək üçün ilkin üç aylıq plana uyğundur.