13 may 2025 12:34
148

Estoniya polisi sovet əsgərlərinin abidəsini təhqir edənləri həbs edib

Tallinndə sovet əsgərlərinin xatirəsinə ucaldılan abidəyə qarşı təxribat edən yeniyetmələr saxlanılıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsinin rəisi İnna Toater məlumat yayıb.

Mayın 10-da axşam Tallin polisi Hərbi Qəbiristanlıqdakı Tunc Əsgər abidəsinin qraffiti ilə örtüldüyünü aşkar edib. Tezliklə cinayətdə iki azyaşlının əli olduğu müəyyən edilib.

Estoniyanın "Postimees" qəzeti əsgərin fiqurunun özünün ağ boya ilə bulaşdığını və abidənin hər iki tərəfində cinayətkarların eston dilində “deportasiyaların iştirakçısı” yazdığını qeyd edib.