13 may 2025 12:42
147

Baydenin köməkçiləri onun vəziyyətinin pisləşməsini gizlədiblər - "Guardian"

ABŞ-ın keçmiş prezidenti Co Baydenin köməkçiləri onun koqnitiv qabiliyyətlərinin geriləməsini gizlətmək üçün onu tabeliyində olanlardan qorumağa çalışıblar.

“İki sahil” xəbər verir ki,  bu barədə The Guardian yazır.

Nəşr Ağ Evi tərk edən keçmiş ABŞ prezidentinin baş köməkçisindən sitat gətirir: "Biz onu öz işçilərindən qorumağa çalışdıq, ona görə də bir çox insan 2023-cü ildə başlayan tənəzzülün miqyasını dərk etmədi".

O, Baydenin ətrafının yenidən prezidentliyə namizədliyini irəli sürməsinə icazə verməklə “partiya və ölkə üçün pis iş gördüyünü” deyib.