13 may 2025 15:03
131

Duterte Filippində keçirilən seçkilərdə qalib gəlib

Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında Haaqada həbs edilən Filippinin keçmiş prezidenti Rodriqo Duterte ölkəsinin Davao şəhərində mer seçkilərində qalib gəlib.

“İki sahil” bu barədə "apnews" məlumat yayıb.

Yerli seçki komissiyası bildirib ki, Duterte 660 mindən çox səs qazanıb. Bu, onun ən yaxın rəqibi Karlo Noqralesdən 8 dəfə çoxdur.

Sabiq prezidentin kiçik oğlu, Davaonun hazırkı meri Sebastyan vitse-mer elan edilib. Rodriqo Dutertenin böyük oğlu Paolo yenidən Nümayəndələr Palatasının üzvü seçilib, keçmiş prezidentin iki nəvəsi isə yerli seçkilərdə qalib gəlib.

Qeyri-rəsmi hesablamalara görə, Rodriqo Dutertenin ailəsinin dəstəklədiyi ən azı beş namizəd Senatda 12 yer uğrunda mübarizədə öndədirlər.  Seçkiqabağı sorğular göstərir ki, onlardan yalnız ikisi qalib gələ bilər.