14 may 2025 18:50
130

ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunda Haaqada keçiriləcək NATO sammitinə dəvət edilməsinə qarşıdır.

“İki sahil” xəbər verir ki,  bu barədə ANSA agentliyi NATO-dakı mənbələrə istinadən yazır.

Qeyd olunur ki, NATO üzrə demək olar ki, bütün müttəfiqlər Vaşinqtonun bu mövqeyinə görə təəccübünü bildirib.

Agentliyin məlumatına görə, Ukraynanın sammitə dəvət edilməsi məsələsi NATO ölkələrinin xarici işlər nazirlərinin 14-15 may tarixlərində Antalyada keçiriləcək qeyri-rəsmi görüşündə müzakirə oluna bilər.

NATO sammiti iyulun 24-25-də Haaqada keçiriləcək. Sammitdə 45 dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri, həmçinin 6 minə yaxın nümayəndə heyəti üzvünün iştirakı gözlənilir.