14 may 2025 18:55
111

THY-nin Praqaya uçan təyyarəsində gərgin anlar yaşanıb

Türk Hava Yollarına məxsus təyyarə Praqada eniş edərkən quyruq hissəsi enmə zolağına çırpılıb.

“İki sahil” “Sputnik Türkiyə”yə istinadla xəbər veirr ki, TK1771 saylı İstanbul-Praqa reysi ilə uçan sərnişinlər eniş zamanı gərgin anlar yaşayıb.

Vatslav Havel hava limanına enən “Airbus A321neo” təyyarəsinin uğursuz eniş etməsinə səbəb  küləkli hava şəraiti əsas gətirilib.

Pilotlar gözlənilməz təmasdan sonra təyyarəni tez bir zamanda yenidən havaya qaldırıb və ikinci cəhddə enişi uğurla başa vurublar.