15 may 2025 15:03
126

Azərbaycan və Vyetnam arasında sənaye və ticarət sahəsində əməkdaşlıq genişlənəcək

Mayın 7-də Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Vyetnamın sənaye və ticarət nazirinin müavini Nguyen Hoang Long mübadilə etdilər. Sənaye və ticarət sahələrində qarşılıqlı marağı olan sektorlarda əməkdaşlığın dərinləşməsi nəzərdə tutulur.

Memorandumun əsas məqsədləri

Imzalanmış sənədə əsasən, iki ölkə aşağıdakı istiqamətlərdə əməkdaşlıq edəcək:

Sənaye istehsalı:Neft-kimya, yeyinti sənayesi, yüngül sənaye və maşınqayırma sahələrində birgə layihələrin həyata keçirilməsi

Ticarət əlaqələri: ixrac və idxal imkanlarının artırılması, gömrük prosedurlarının asanlaşdırılması

İnvestisiya təşviqi: Vyetnam və Azərbaycan şirkətlərinin qarşılıqlı investisiya layihələrində iştirakının stimullaşdırılması

Texnalogiyan mübadiləsi: Sənaye innovasiyaları və texnoloji yeniliklər üzrə bilik və təcrübə mübadiləsi

Bu memorandum Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün mühüm addım hesab olunur. Hər iki ölkənin sənaye potensialını birləşdirməklə, qarşılıqlı faydalı ticarət və investisiya münasibətlərinin inkişafı gözlənilir.Tərəflər milli qanunvericilikləri çərçivəsində və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini nəzərə alaraq, qarşılıqlı fayda əsasında qarşılıqlı maraq kəsb edən bütün sahələrdə, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlığı inkişaf etdirir, gücləndirir və genişləndirirlər.Bu cür əməkdaşlığın məqsədi, tərəflər arasında iqtisadi əlaqələri genişləndirmək və gücləndirmək,investisiyaların, birgə müəssisələrin və digər əməkdaşlıq formalarının təşviqi, kiçik və orta müəssisələr daxil olmaqla tərəflərin təşkilatları və müəssisələrini bütün səviyyələrdə əməkdaşlığa sövq etməkdir.

Nayibə Nəsibova,
48 saylı tam orta məktəbin müəllimi