Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişir.
“İki sahil” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Qüvvədə olan qanuna görə, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Dəyişikliyə əsasən, Nazirlər Kabineti hər il martın 31-dək Milli Məclisin yaz sessiyasinda Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verəcək.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB