Bu gün Prezident yanında Əfv Məsələləri Komissiyasının bu il üçün sayca 7-ci və sonuncu iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bugünkü iclasda 100-dən artıq müraciətə baxılıb. Ə.Nuriyev qeyd edib ki, artıq komissiyanın builki iclaslarına yekun vurulub.
Müsbət rəy verilən müraciətlərin siyahısı Prezident İlham Əliyevə təqdim olunacaq. Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının builki iclaslarında ümumilikdə 800-dən çox müraciətə baxılıb.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB