17 may 2025 17:49
115

Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs sazişinə nail olmaq üçün səylərini əsirgəməməli və bütün maraqlı tərəflərə təzyiq göstərməlidir.

“İki sahil” xəbər verir ki, Misir lideri Əbdül Fəttah əs-Sisi belə çağırışla Bağdadda Ərəb Dövlətləri Liqasının 34-cü sammitinin açılışında çıxış edib.

"Mən Prezident Trampa müraciət edirəm: Qəzzada atəşkəs sazişinə nail olmaq üçün bütün lazımi səyləri göstərməyiniz və münaqişə tərəflərinə təzyiq etməyiniz vacibdir. Bu, Vaşinqtonun vasitəçiliyi və himayəsi altında keçiriləcək və regional vəziyyətin yekun nizamlanmasına gətirib çıxaracaq ciddi siyasi prosesin başlanğıcı olacaq", - o bildirib.

Misir Prezidenti hazırkı siyasi vəziyyətlə ötən əsrin 70-ci illəri arasında paralel aparıb, o zaman ABŞ "Misir və İsrail arasında sülhün bağlanmasında da tarixi rol oynamışdı".