Rusiya ABŞ-ın milli maraqlarına hörmətlə yanaşır və Rusiya Federasiyasının da maraqlarına eyni şəkildə yanaşılacağını gözləyir.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
"Amerikalıların, Amerika xalqının və Amerika rəhbərliyinin, o cümlədən Prezidentin öz milli maraqları var və biz buna hörmətlə yanaşırıq. Güman edirik ki, bizə də eyni cür münasibət göstəriləcək", - deyə Rusiya lideri bildirib.