Mayın 21-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Yeni Azərbaycan Partiyası (YAP), Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) və ŞKTC-nin Ulusal Birlik Partiyasını (UBP) təmsil edən gənclərdən ibarət “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin iştirakçılarını qəbul edib.
“İki sahil” xəbər verir ki, Ersin Tatar xalqlarımız arasında münasibətlərin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. O, üç ölkənin gənclər təşkilatları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsinin müsbət nəticələr verəcəyinə və bütün tərəflər üçün faydalı olacağına əminliyini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov yüksək səviyyədə təşkil olunan səfərin hər üç ölkənin iqtidar partiyalarının gəncləri arasında əlaqələrin inkişafına əlverişli zəmin yaratdığını qeyd edib. O, hakim partiyaların gənclər qollarının birgə fəaliyyətinin müştərək hədəflərin reallaşdırılması baxımından önəmini diqqətə çatdırıb.
AK Partinin Gənclik Qollarının rəhbəri Yusuf İbiş və UBP-nin Gənclik Qollarının təmsilçisi Mahmud Hüdaverdi “Bir Millət, Üç Dövlət Gənclik Düşərgəsi” layihəsi çərçivəsində gənc partiya nümayəndələrinin bir araya gəlməsindən məmnunluqlarını ifadə ediblər.
Həmin gün gənclərin Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin inzibati binası ilə tanışlığı olub.
Hakim partiyaları təmsil edən gənclər ŞKTC-nin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstelin adından verilən rəsmi ziyafətə də qatılıblar.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB