NATO Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.
“İki sahil” xəbər verir ki, bunu NATO baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı “X” hesabındakı paylaşımında yazıb.
“Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur”, - o bildirib.
Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil qərargahında H. Hacıyevlə R.Şekerinska arasında görüş olub.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB