Belçikada Avropa İttifaqı-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-ci iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov “X” hesabında paylaşım edib.
İclasa Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olaf Skug həmsədrlik ediblər.
Onun sözlərinə görə, iclasda siyasi və təhlükəsizlik sahələrində mövcud əlaqələr və əməkdaşlıq perspektivi haqqında əsaslı və açıq müzakirələr aparılıb:
“Bu dialoq son aylarda Malta, Bakı, Brüssel və Tiranda keçirilmiş bir sıra mühüm yüksək səviyyəli Aİ-Azərbaycan görüşlərinin ardınca aparılıb. İkitərəfli, regional və qlobal hadisələr müntəzəm olaraq fikir mübadiləsini tələb edir. Bu gün həmçinin Aİ-nin digər yüksək vəzifəli rəsmiləri və təşkilata üzv bir sıra dövlətlərin, o cümlədən ev sahibi ölkə olan Belçikanın nümayəndələri ilə mühüm müzakirələr aparılıb”.
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB