Təşkilata üzv və müşahidəçi ölkələrin ortaq maraqları göz önündədir. Biz nəinki dost, strateji tərəfdaş, müttəfiqik və başlıca amil odur ki, qardaş ölkələrik və təşkilatın təməlində məhz bu prinsip dayanır. Hesab edirəm ki, gələcək illərdə təşkilatımız daha böyük zirvələrə qalxa bilər. Bunun üçün bütün imkanlar var.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) daxili işlər nazirlərinin ikinci görüşünün iştirakçılarından ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Ölkələrimizdə müsbət inkişaf dinamikasının müşahidə olunduğunu vurğulayan Azərbaycan Prezidenti əlavə edib: “Təşkilata üzv ölkələrdə daxili sabitlik təmin edilir. Bizim böyük coğrafiyamız var. Təşkilata üzv bəzi ölkələrdə zəngin təbii sərvətlər vardır. Bizim nəqliyyat layihələrimiz ölkələrimizi birləşdirir və hətta daha böyük coğrafiyanı əhatə edir. Ölkələrimizin ərazisindən keçən nəqliyyat dəhlizləri Avropanı Asiya ilə birləşdirir. Bir sözlə, iqtisadi sahədə çox böyük potensialımız var. Əgər buna bizim müsbət demoqrafik dinamikanı əlavə etsək, mənzərə daha ürəkaçan olacaq”.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB