Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“İki sahil” xəbər verir ki, məktubda deyilir:
"28 May - Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi günü münasibətilə Tatarıstan xalqının və şəxsən mənim səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Bir əsr əvvəl Azərbaycan xalqı öz müqəddəratını müstəqil həll etmək, doğma torpağının bu gününü və gələcəyini müəyyənləşdirmək kimi müstəsna hüququnu müdafiə etdi. Bu cəsarətli seçim, nəsillərin qırılmaz əlaqəsi və ideya mirası Azərbaycan dövlətinin gələcək tarixini, ən əsası isə müasir uğur və nailiyyətlərini böyük dərəcədə qabaqcadan müəyyən etdi. Qoy, bu möhtəşəm günün sevinci, ümumi yüksək məqsədlər ətrafında birliyin xüsusi ruhu Sizin və gözəl ölkənizin bütün vətəndaşları üçün Azərbaycanın firavanlığı naminə bundan sonra da yorulmaz quruculuq işlərində ilham mənbəyinə və yeni gücə çevrilsin!
Bu fürsətdən istifadə edərək, Tatarıstan Respublikasına göstərdiyiniz diqqətə görə Sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Ümidvaram ki, biz gələcəkdə də Rusiya-Azərbaycan münasibətləri çərçivəsində qarşılıqlı anlaşma və etimada əsaslanan əməkdaşlıq ənənələrini artırmaq üçün birgə səylərimizi davam etdirəcəyik.
Sizə, yaxınlarınıza və respublikanın sakinlərinə möhkəm cansağlığı, xoşbəxtlik və gözəl bayram əhvali-ruhiyyəsi arzulayıram".
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur