Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.
"Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi. Ancaq bu gün bu görüntü reallığa çevrilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Əlaqələndirmə Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq", - Prezidentin köməkçisi qeyd edib.
Xatırladaq ki, mayın 23-də Ağdam şəhərində Prezident Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur