İslamabadda Azərbaycanın qarşıdan gələn “Müstəqillik Günü” münasibətilə ziyafət təşkil edilib. Tədbirdə Pakistanın Federal Neft Naziri Əli Perviz Malik də iştirak edib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyi tərəfindən təşkil olunan qəbulda Pakistanın Sind əyalətinin qubernatoru Kamran Tessori və Xeyber-Paxtunxva əyalətinin qubernatoru Faysal Kərim Kundi, iqlim dəyişikliyi üzrə keçmiş nazir, senator Şerri Rəhman və digər nüfuzlu şəxslər iştirak ediblər.
İslamabadda fəaliyyət göstərən xarici ölkələrin diplomatları, Pakistanın dövlət rəsmiləri, işgüzar dairələrin və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış media xadimləri və Pakistanda yaşayan azərbaycanlılar da qəbulda iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik dünyəvi respublika olduğunu vurğulayıb.
O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra Pakistanın rolunu yüksək qiymətləndirib və qeyd edib ki, Pakistan 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB