Üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi Azərbaycan-Ukrayna iqtisadi münasibətlərinə mənfi təsir göstərib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
“2025-ci ilin fevral ayında iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib və bunun mütəmadi davam etdirilməsi önəmlidir. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqda BMT, GUAM, ATƏT kimi təşkilatlar xüsusi yer tutur. Təəssüf ki, üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi iqtisadi münasibətlərimizə mənfi təsir göstərib”, - o qeyd edib.
C.Bayramov vurğulayıb ki, nəticədə 2021-ci ildə 1 milyard dollar olan ticarət dövriyyəsi 2022-ci ildə 600 milyon, 2023-cü ildə 350 milyon, 2024-cü ildə 30 faiz artımla 460 milyon dollar olub.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur