Azərbaycan Xarici İşlər Nazirliyi Afrika Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:
“Afrika Günü münasibətilə qitənin xalqlarına ürəkdən təbriklərimizi çatdırırıq. Azərbaycan Afrika ölkələri ilə əlaqələrini yüksək qiymətləndirir və qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan siyasi dialoqun, iqtisadi əməkdaşlığın və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə sadiqliyini bir daha vurğulayır. Biz həm ikitərəfli, həm də beynəlxalq platformalar vasitəsilə davamlı inkişaf, təhsil, enerji və sülh quruculuğu kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik”.

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB