“Bu günlər dost və qardaş gürcü və Azərbaycan xalqları tarixin ən gözəl günlərindən birini - Müstəqillik Gününün 107-ci ildönümünü qeyd edirlər. 1918-ci il mayın 26-da Gürcüstan, cəmi 2 gün sonra, mayın 28-də isə Azərbaycan müstəqil respublika olduğunu dünyaya elan edib. Bizim dövlətlərimiz o zaman çox qısa müddətdə mövcud olsalar da, tarixdə dərin iz buraxıblar”.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Acarıstan hökumətinin təhsil naziri Maia Xaçişvili deyib.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Azərbaycan və Gürcüstan yenidən müstəqilliyinə qovuşduqdan sonra qısa bir zamanda çox böyük işlər görülüb. İndi hər iki dövlət dünyada öz layiqli yerlərini tutub.
Nazir deyib: “Bu gün Azərbaycan öz inkişafına, qazandığı böyük nailiyyətlərə görə liderdir. Azərbaycanın zəngin təbii ehtiyatları, onun təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı layihələr mühüm əhəmiyyət kəsb edir. Gürcüstan da bu gün Azərbaycanın yanındadır və ölkələrimiz birlikdə çox böyük işlər görürlər. Bu da bizim dostluğumuzu daha da möhkəmləndirir. İnanıram ki, bizim dostluğumuz daha da möhkəmlənəcək. Əminəm ki, gələcək nəsillər bu yolda daha böyük uğurlar qazanacaqlar.
Mən qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm, sülh və əmin-amanlıq, uğurlu inkişaf arzulayıram”.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur