Parisdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının 92-ci Ali Baş Sessiyasının açılış mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, sessiyada Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Beş gün davam edəcək sessiyada ÜHST ilə rəsmi müqavilə imzalamış 183 üzv ölkə və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
Açılış mərasimində təşkilatın heyvan sağlamlığına dair videoçarxı nümayiş etdirilib, daha sonra ÜHST-nin prezidenti, baş direktoru və müxtəlif ölkələrin hökumət üzvləri çıxış ediblər.
Sessiyada iştirakçı ölkələr ÜHST-nin tarixi və indiki fəaliyyətini təhlil edib, qlobal heyvan sağlamlığı və rifahının davamlı inkişafı üçün birgə strategiyalar müzakirə ediləcək.
Eyni zamanda, sessiya çərçivəsində Peyvənd üzrə Heyvan Sağlamlığı Forumu təşkil olunacaq, burada peyvənd qərarları, təsirləri və əlçatanlığı mövzuları müzakirə ediləcək, ÜHST-nin mükafatları təqdim olunacaq, 2024-cü il fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək.
Regional komissiyanın vitse-prezidentliyinə seçkilər keçiriləcək və Azərbaycan bu posta namizədliyini irəli sürüb. Həmçinin təşkilatın idarəetmə orqanlarında vakant yerlər üçün seçkilər və inzibati qərarlar qəbul ediləcək.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB