26 may 2025 03:30
83

ABŞ yığması hokkey üzrə dünya çempionatının qalibi olub

ABŞ yığması hokkey üzrə dünya çempionatının finalında İsveçrə komandasını məğlub edib.

“İki sahil” xəbər verir ki, əsas vaxt 0:0 hesabı ilə başa çatıb.

Əlavə vaxtda amerikalılara qələbəni Teyc Tompsonun dəqiq zərbəsi gətirib.

ABŞ komandası 1960-cı ildən bəri ilk dəfə dünya çempionatını qazanıb. İsveçrə ardıcıl ikinci dəfə finalda məğlub olub – komanda heç vaxt birinciliyə nail olmayıb.

Turnir İsveçrə və Danimarkada keçirilib. Həlledici oyunlar Stokholmda baş tutub.