İslamofobiya təkcə müsəlmanlara deyil, insan hüquqlarına qarşı bir təhdiddir.
“İki sahil” xəbər verir ki, bunu Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin (DICID) sədri İbrahim Saleh Al Naimi Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, islamofobiyaya təkcə dini yox, həm də insan hüququ ilə bağlı məsələdir:
"Bu barədə praktiki tədbirlər görülməlidir. İslamofobiyaya qarşı tədbirlər görülür. Bu gün toplaşmaqda məqsədimiz kənarda qalan səsləri yüksəltməkdir. Bu bizim birgə insanlıq, vicdan məsələmizdir".
DICID sədri bildirib ki, islamofobiya beynəlxalq miqyasda geniş vüsət almaqdadır:
"Bu məsələ dərin tarixi köklərə dayanır. Qədim zamanlardan başlayan islamofobiya prosesi hazırda yanlış məlumatlara əsaslanır. Bunun nəticələri isə çox təhlükəlidir və genişmiqyaslıdır".
İbrahim Saleh Al Naimi qeyd edib ki, islamofobiyaya qarşı mübarizədə üç əsas məsələyə diqqət çəkmək lazımdır:
"Bunlardan ilki maarifləndirmədir. Növbətisi həqiqəti çatdırmaqda beynəlxalq cəhdlərin ortaya qoyulmasıdır. Sonuncusu isə dünya səviyyəsində insanlar arasında əməkdaşlığı artırmaq üçün çağırışların edilməsidir. Ya gələcək üçün birgə çalışmalıyıq, ya da gələcək olmayacaq".
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur