Hamımız bir gəmidəyik. Təhlükəsiz sahilə çatmaq üçün eyni istiqamətdə hərəkət etməliyik. Əgər gəminin batmasına imkan verəcəyiksə, o batacaq və hamımız boğulacağıq. Amma bir araya gəlib təşəbbüslərimizi birləşdirsək, heç bir qüvvə bu gəmini batıra bilməz.
“İki sahil” xəbər verir ki, bunu Ümumdünya Fətva Təşkilatlarının Baş katibi İbrahim Nəcm “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzusunda plenar iclasda deyib.
Baş katib bildirib ki, Qərb dünyasında “fətva” anlayışı mənfi məna daşıyır və çox zaman ölüm hökmü ilə əlaqələndirilir. Qeyri-müsəlmanlar “fətva” deyiləndə bunu sanki cəza və ya ölüm hökmü kimi qəbul edirlər. Bu da əsas problemlərdən biridir.
“Fətvanın nə olduğu barədə maarifləndirmə aparılmalıdır. Biz məlumat bolluğu içində yaşayırıq, amma, eyni zamanda, bilik və müdriklik, təəssüf ki, tükənmək üzrədir. Əslində, “fətva” sadəcə məsləhətdir, onun hüquqi qüvvəsi yoxdur. Gənc alimlərə səlahiyyət verilməlidir ki, uca kürsülərdən çıxış etsinlər. Alimlər və mütəxəssislər İslamı olduğu kimi təqdim etməlidirlər. Biz hamımız əməkdaşlıq etməliyik. İslamofobiyaya qarşı mübarizədə onlayn kursların təşkili faydalı ola bilər. Səsimizi daha da gücləndirib böyük auditoriyalara çatdırmalıyıq”, - deyə İbrahim Nəcm əlavə edib.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur