“İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans qlobal səviyyədə artmaqda olan islamofobiya ilə mübarizəyə, həm də rəqəmsal dövrün yaratdığı yeni çağırışlara qarşı ortaq mövqeyimizi ifadə etmək üçün mühüm fürsətdir.
“İki sahil” xəbər verir ki, bunu KAICIID-in icraçı Baş katibi vəzifəsini icra edən Antonio De Almeiday Ribeiro “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: Çağırışlar və cavablar” mövzulu plenar iclasda deyib.
Onun sözlərinə görə, rəqəmsal platformalar, əslində, maarifləndirmə və təbliğat üçün böyük potensial daşısa da, təəssüf ki, nifrət nitqi üçün də əlverişli zəminə çevrilib. Sosial şəbəkələrdə İslama qarşı nifrət dolu ifadələr 21 faiz artıb.
“Bu vəziyyətlə mübarizə aparmaq üçün rəqəmsal platformalarda maarifləndirmə tədbirlərinin sayını artırmaq, dini liderlərin iştirakı ilə dialoq mühitləri formalaşdırmaq, beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq mexanizmlər yaratmaq mütləqdir. Dini liderlər ictimai vicdanın formalaşmasında və dəyərlərin qorunmasında mühüm rol oynayırlar. Onların bir araya gətirilməsi, müxtəlif dinlər arasında anlaşma və hörmətin təşviqi, ayrı-seçkiliyə qarşı mübarizədə güclü təsir vasitəsi ola bilər”, - deyə Baş katib əlavə edib.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur