Dünyanın müxtəlif bölgələrində islamofobiyanı təbliğ edən şəxslərin fəaliyyəti ciddi narahatlıq doğurur. Xüsusilə Avropada və digər Qərb ölkələrində cəmiyyətlərə, yerli əhaliyə İslama və müsəlmanlara qarşı tədricən nifrət aşılamağa yönəlmiş meyllərin artdığını müşahidə edirik. İslamofobiya müsəlmanlara qarşı yönəlmiş qərəz və nifrət formasıdır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində keçirilən “Fərqli kontekstlərdə islamofobiya: Regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib.
Tural Gəncəliyev bildirib ki, müsəlmanları hədəfə alan mənfi emosional və koqnitiv reaksiyalar son dövrlərdə daha da artıb. O vurğulayıb ki, islamofobiya ilə irqçilik arasında sıx əlaqə mövcuddur: “Əfsuslar olsun ki, Avropada ifrat sağçı siyasi hərəkatların fəallığını müşahidə edirik. Onlar irqçilik zəminində insanlara hücum etmək üçün islamofob cərəyanlardan da istifadə edirlər”
Deputatın sözlərinə görə, islamofobiya dini zəmində ayrı-seçkilik kimi, heç bir sərhəd tanımır. Avropa ölkələrindən İsveçrədə, Fransada, Almaniyada yaşayan ağdərili avropalı müsəlmanlar belə islamofob cərəyanların təzyiqi və hücumları ilə üzləşirlər.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur