Müsəlman icmalarının ayrı-seçkiliklə üzləşməsi təkcə onların dini kimliklərinə deyil, həm də fundamental insan hüquqlarına qarşı açıq təhdiddir.
“İki sahil” xəbər verir ki, bunu G20 Dinlərarası Forumunun baş hüquqşünası, “Covington vs Burling LLP” şirkətinin müşaviri Timoti P.Stratford Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın panel iclasında deyib.
O qeyd edib ki, bu cür ayrı-seçkiliklə mübarizə aparmaq üçün bir sıra yollar mövcuddur. Lakin əsas mübarizə üsulu maarifləndirmədir.
“İslamofobiya çox zaman yanlış məlumatlardan və stereotiplərdən qaynaqlanır. Bu səbəbdən maarifləndirici tədbirlər, ictimai məlumatlandırma kampaniyaları, təhsil proqramları və media vasitəsilə aparılan obyektiv təqdimatlar cəmiyyətin yanlış təsəvvürlərini aradan qaldırmaqda əsas rol oynaya bilər. Ancaq təkcə maarifləndirmə kifayət deyil. Hüquqi yanaşma da bu mübarizənin vacib sütunlarından biridir. Lakin bu sahədə çətinlik var: hər bir ölkənin hüquqi sistemi və yanaşması fərqlidir. Bəzi ölkələrdə islamofobiya açıq şəkildə cinayət kimi tanınsa da, digərlərində bu, hələ də qanunvericilikdə konkret şəkildə ifadə olunmayıb”, - deyə Timoti P. Stratford bildirib.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlıq və insan hüquqları sahəsində vahid standartların formalaşdırılması olduqca vacibdir. Müsəlmanlara qarşı nifrət nitqinə və ayrı-seçkiliyə qarşı qanunverici bazalar gücləndirilməli, şikayət mexanizmləri əlçatan və effektiv olmalıdır.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur