Müsəlmanlar haqqında bildiyim hər şey mənfi və qorxulu idi və onlarla heç bir əlaqəm olmasını istəmirdim. Lakin Əfqanıstandakı bəzi imamlarla çox yaxşı dost oldum. Onlarla qurduğum münasibət nəticəsində müsəlmanlara baxışım tamamilə dəyişdi. Anladım ki, islamofobiya təkcə müsəlmanlar üçün deyil, həm də xristianlar üçün zərərlidir, çünki bu, bizim inancımızı çirkləndirir.
“İki sahil” xəbər verir ki, bu fikirləri “Multi-Faith Neighbours Network”un həmtəsisçisi, “Institute for Global Engagement”in prezidenti Bob Roberts Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Fərqli kontekstlərdə islamofobiya: regional perspektivlər” mövzusunda panel sessiyada səsləndirib.
O qeyd edib ki, hazırda bəşəriyyət hər 80–100 ildən bir yaşanan tarixi dönüş nöqtələrindən birini yaşayır: “Dünyada mədəni, sosial və siyasi baxımdan ciddi problemlərlə qarşı-qarşıyayıq. Bu da islamofobiya məsələsini daha da dərinləşdirir”.
Daha sonra B.Roberts təmsil etdiyi təşkilatın ABŞ-da bu problemin həlli ilə bağlı görülən işlərdən danışıb.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB