Son illər bir çox ölkədə müsəlmanlar siyasi ritorikada mənfi stereotiplərlə hədəfə alınır. Bu nifrət ritorikası təkcə fərdi münasibətlərdə deyil, dövlət siyasətində də müşahidə edilir. Təəssüf ki, bu tendensiya islamofobiyanın qanuniləşdirilməsinə və ayrı-seçkilik doğuran qərarların qəbuluna yol açır.
“İki sahil” xəbər verir ki, bunu Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti Kerdoudi Cavad “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Siyasətdə müsəlmanlara qarşı nifrət: hüquqi çərçivələr və vəkillik strategiyaları” mövzusunda panel iclasda deyib.
O qeyd edib ki, bu kontekstdə hüquqi çərçivənin gücləndirilməsi vacibdir. İnsan hüquqları haqqında beynəlxalq konvensiyalar islamofobik ifadələrin və siyasətin qarşısını almaq üçün mühüm hüquqi əsaslar yaradır. Qanunvericilik sənədlərində nifrət nitqinin cinayət kimi tanınması və ayrı-seçkiliyin qarşısını alan mexanizmlər daha səmərəli tətbiq olunmalıdır.
“İslamofobiya ilə mübarizə cəmiyyətə təsir edən güclü ictimai kampaniyalarla müşayiət olunmalıdır. Media ilə əməkdaşlıq, hüquqi maarifləndirmə və qərarvericilərlə dialoq mübarizənin əsas dayaqlarıdır”, - deyə Mərakeş Beynəlxalq Münasibətlər İnstitutunun prezidenti vurğulayıb.
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları eyni zamanda bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir.
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ