“Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü gələcəyə doğru əmin addımlarla irəliləyir”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 28 May - Azərbaycanın Müstəqillik Günü ilə bağlı “X” hesabında yazıb.
O bildirib ki, 1918-ci il mayın 28-ində Azərbaycan Türk və İslam dünyasındakı ilk demokratik cümhuriyyət olaraq tarixə düşüb: “Qardaşlarımız böyük çətinliklər içində müstəqilliklərini elan edərək dünyaya nümunə olub, milli dəyərlərimiz və Türk kimliyimizin gücünü ortaya qoyub”.
Nazir qeyd edib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək: “Bu əhəmiyyətli gündə Məhəmməd Əmin Rəsulzadə və Heydər Əliyev başda olmaqda müstəqillik uğrunda mübarizə aparan bütün qəhrəmanları hörmət və ehtiramla anırıq”.
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər