İslamofobiya bəziləri tərəfindən yalnız müsəlmanlara qarşı yönəlmiş bir məsələ kimi qəbul edilə bilər. Bəziləri isə bu problemin yalnız qeyri-İslam cəmiyyətlərində yaşayan müsəlmanlara aid olduğunu düşünə bilər. Amma bu hadisə bundan daha geniş və çox dərin xarakter daşıyır.
“İki sahil” xəbər verir ki, bunu Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri Abdasaamad El Yazidi "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika” mövzusunda plenar iclasda deyib.
"İslamofobiya Qərb ölkələrinin uzun illər təbliğ etdiyi bir sıra dəyərlərə – dözümlülük, dinlərə hörmət, vətəndaşlıq hüquqları kimi dəyərlərə qarşı yönəlmiş bir hücuma çevrilməkdədir. Bu, cəmiyyətləri bir-birinə qarşı duran, parçalanmış qruplara bölmək və bir-biri ilə toqquşduran hala gətirmək təhlükəsi daşıyır. İslamofobiya, sadəcə, nifrət dolu ritorikadan çıxaraq, zorakılığa, qətlə və qan tökülməsinə qədər aparan ciddi bir problemdir", - deyə Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri vurğulayıb.
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər