Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilir:
"28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün Azərbaycan xalqının milli qürurunun, mətanətinin və əzmkarlığının qüdrətli rəmzidir.
Azərbaycan öz tarixi boyu güclü, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib.
Gürcüstanda biz xalqlarımızı birləşdirən nümunəvi dostluğu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Ölkələrimiz qarşılıqlı hörməti və gələcəyə ümumi baxışı rəhbər tutaraq ardıcıl şəkildə həmrəydirlər.
Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır. Əminəm ki, sıx əməkdaşlığımız sayəsində biz Cənubi Qafqazda davamlı sülhə və sabitliyə mühüm töhfə verə bilərik.
Mən Sizi yaxın gələcəkdə Tbilisidə salamlamaq fürsətini səbirsizliklə gözləyirəm.
Bu mühüm bayram münasibətilə Sizə və Azərbaycan xalqına bir daha ən səmimi təbriklərimi çatdırır, sülh, firavanlıq və davamlı uğurlar arzulayıram".
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər