Bolqarıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Bolqarıstan 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularını çatdırır! Bizim dinamik əməkdaşlığımız və qarşılıqlı hörmət strateji tərəfdaşlığımızın gələcək inkişafı üçün möhkəm təməldir", - paylaşımda vurğulanıb.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB