Rusiyanın ən böyük nəqliyyat qovşaqlarından biri olan Domodedovo Beynəlxalq Hava Limanında 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklər olan parlaq LED panellər quraşdırılıb.
“İki sahil” xəbər verir ki, ekranlarda Dövlət Bayrağı və “28 May – Azərbaycanın Müstəqillik Günü” yazısı əks olunub. Rusiyanın ən böyük hava limanlarından birində Azərbaycan rəmzlərinin nümayişi ölkəmizin tarixinə və dövlətçiliyinə hörməti əks etdirir, həmçinin iki ölkə arasında sıx humanitar və mədəni əlaqələri vurğulayır.
Xatırladaq ki, 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti elan edilib.
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ
Vüqar Rəhimzadə: Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər