Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistan Baş naziri Şahbaz Şəriflə Zirvə görüşündə deyib. Türkiyə Prezidenti vurğulayıb ki, lazım gəlsə, Pakistan və Hindistan münasibətlərinin normallaşmasına vasitəçilik edə bilərlər.
Daha sonra üçtərəfli (Azərbaycan, Türkiyə, Pakistan-red.) əməkdaşlıqdan söz açan R.T. Ərdoğan bu əlaqələri inkişaf etdirmək üçün xarici işlər nazirləri arasında da görüşləri sıxlaşdırılacaqlarını bəyan edib. “Türkiyə, Azərbaycan və Pakistan olaraq mütəmadi üçtərəfli Zirvə görüşləri və nazirlər toplantısı keçirərək münasibətləri daha da möhkəmləndirəcəyik. Müdafiə və nəqliyyat sahəsində əməkdaşlığa da birlikdə töhfə verəcəyik”,- o qeyd edib.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB