Azərbaycan bu gün beynəlxalq müstəvidə böyük önəmə sahib ölkədir.
“İki sahil” xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündə danışıb. O çıxışında Azərbaycanı 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib.
"Bu gün qardaş və dostlarımla bir məkanda olmaqdan böyük şərəf duyuram. Laçında birgə dalğalanan Azərbaycan, Türkiyə, Pakistan bayraqlarını görmək insanın içini qürur hissi ilə doldurur. Biz tərəfdaşlığımızı daha da irəli daşımaq arzusundayıq. Çünki bizim birgə dəyərlərə əsaslanan dərin tarixi əlaqələrimiz var. Qarabağ, Kəşmir və Şimali Kiprlə bağlı biz birgə mövqedən çıxış edirik”, - o qeyd edib.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB