Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası məsələsi ilə bağlı dialoqu davam etdirir.
“İki sahil” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. "Sizə çatdırmaq üçün yeni xəbərlərim yoxdur. Sərhədin delimitasiyası və demarkasiyası üzrə bəzi işlər aparılır. Mən prosesi dalana dirənmiş hesab etmirəm, hər iki ölkə tərəfindən təsdiqlənmiş və daxili prosedurlardan keçmiş tam hüquqi bazamız var. Bu, işin davam etdirilməsi üçün çox vacibdir", - o bildirib.
M.Qriqoryanın sözlərinə görə, komissiyaların yeni görüşünün tarixi hələ müəyyən edilməyib.
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB