Rusiya və Ukrayna İstanbulda sənədləri birbaşa mübadilə etmək və onları növbəti danışıqlar raundunda müzakirə etmək barədə razılığa gəliblər.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O həmçinin qeyd edib ki, memorandum layihələrinin mübadiləsində ABŞ və ya digər ölkələrin vasitəçiliyi ilə bağlı heç bir razılaşma yoxdur.