Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad və Culfa rayonlarında seçiciləri ilə növbəti görüşlərini keçirib.
Ordubad rayonun Biləv kənd mərkəzində keçirilən görüşdə Biləv kəndindən olan seçicilərlə yanaşı, Behrud və Parağa kəndlərindən, Culfa rayonunun Xanəgah kənd mərkəzində keçirilən görüşdə isə Xanəgah kəndindən olan seçicilərlə yanaşı, Xoşkeşin kəndindən olan seçicilər də iştirak ediblər.
Deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Vüqar Rəhimzadə: Milli Konstitusiyamız müstəqil dövlətçiliyimizin hüquqi və siyasi təməlidir
İran BMT Təhlükəsizlik Şurasındakı tarixi mövqeyə görə Rusiya və Çinə minnətdarlıq edib