11 noyabr 2026 14:10
204

İran BMT Təhlükəsizlik Şurasındakı tarixi mövqeyə görə Rusiya və Çinə minnətdarlıq edib

Moskva və Pekinin BMT Təhlükəsizlik Şurasında, xüsusən də İran məsələsində nümayiş etdirdiyi qarşılıqlı və həmrəy mövqe həqiqətən tarixi xarakter alıb. İslam Respublikası bu yanaşmanı yüksək qiymətləndirir və buna görə Rusiyaya minnətdarlığını bildirir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə İranın Moskvadakı səfirliyinin müşavir-elçisi Əfşin Pərçizadə Kollektiv Təhlükəsizliyin Təmin Olunması üzrə Beynəlxalq Forumda çıxışı zamanı vurğulayıb.

"Rusiya və Çinin son aylarda BMT Təhlükəsizlik Şurasındakı mövqeyi Amerikanın beynəlxalq hüquqda birtərəfli addımlarına qarşı atılan addımlar baxımından tarixi oldu, — deyə diplomat vurğulayıb. — İranın mövqelərini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığımızı bildiririk ki, bu da iki ölkə arasında sabit və dərin münasibətlərin təzahürüdür".