28 may 2025 23:51
183

Rusiya qazının İrana tədarükü ilə bağlı müqavilə imzalanmağa yaxındır

Rusiya qazının İrana tədarükünü nəzərdə tutan müqavilə artıq hazırlanıb, sənədin imzalanması üçün yalnız qiymət məsələsində razılıq əldə olunmalıdır.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə məlumat verib.

“Qazın tədarükü ilə bağlı saziş üzərində iş aparılıb və müqavilə artıq hazırdır. İmzalanması üçün yalnız qiymət məsələsinin razılaşdırılması qalıb. Bu, daha çox işlənməli olan mövzulardan biridir,” – deyə Əhmədian qeyd edib.

O, həmçinin əlavə edib ki, Rusiya və İran artıq hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya ediblər: “Bu sənədin hazırlanması və uğurla ratifikasiya olunması iki ölkənin davamlı və qarşılıqlı səylərinin nəticəsidir.”