Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mayın 30-da “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının ev sahibliyi ilə Rusiyanın Perm şəhərində keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin (DK) 43-cü iclasında iştirak edib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş nitqi ilə açan ICAPP Daimi Komitəsinin sədri Çunq Eu-yonq DK-nın 42-ci iclasından ötən dövrdəki fəaliyyətinə nəzər salıb, görülən işləri diqqətə çatdırıb.
İclas iştirakçıları Özbəkistanın hakim Sahibkarlar və İş Adamları Hərəkatı - Özbəkistan Liberal-Demokratik Partiyası və ölkənin ikinci böyük partiyası olan Özbəkistan Milli Dirçəliş Demokrat Partiyasının Daimi Komitənin üzvlüyünə qəbul edilməsi məsələsini dəstəkləyiblər.
İclasda çıxış edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ICAPP DK-nın 44-cü iclası və təşkilatın nəzdindəki qurumlardan birinin növbəti tədbirinə Yeni Azərbaycan Partiyasının ev sahibliyi etməsi ilə bağlı ICAPP rəhbərliyinin müraciətinin müsbət qarşılandığını qeyd edərək ICAPP üzvlərini 2025-ci il 16-19 oktyabr tarixlərində Bakıda keçiriləcək DK-nın 44-cü və Asiya Mədəniyyət Şurasının 4-cü iclaslarında iştiraka dəvət edib.
İclasda daha sonra qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT
Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu