Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın basdırdığı minalarının “kütləvi qırğın silahı funksiyası daşıdığını” bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Azərbaycanda mina terroru qalmaqdadır”, – o qeyd edib. Hikmət Hacıyevin sözlərinə görə, 2020-ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub.
“Bu minalar Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı zamanı qəsdən və hər tərəfdə basdırılıb. Bir çox hallarda minalar hər hansı hərbi zərurət olmadan – yalnız mülki şəxsləri hədəf almaq və məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz qayıdışını qəsdən gecikdirmək üçün qoyulub. Bu xüsusda, minalar kütləvi qırğın silahı funksiyası daşıyır və ciddi təhlükə yaradır”, – o vurğulayıb.
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şamaxıya səfəri ilə bağlı paylaşım olunub
Bakı Türk dünyasının gələcək əməkdaşlıq modelinin formalaşdığı mühüm siyasi mərkəzdir - EKSPERT
Türk Dövlətləri Təşkilatı müasir geosiyasətdə: Azərbaycanın liderliyi və Türk dünyasının artan qlobal rolu