01 iyun 2025 14:26
168

ABŞ-da atışma - 2 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-ın Kaliforniya ştatının Bolduin-Park şəhərində atışma baş verib, iki nəfər ölüb.

“İki sahil” ABC-yə istinadən xəbər verir ki, bu barədə Los-Anceles dairəsinin şerif departamenti məlumat yayıb.

Məlumata görə, şəxsiyyəti açıqlanmayan şəxs tüfənglə insanlara atəş açıb. Hadisə nəticəsində biri polis olmaqla iki nəfər həlak olub, daha bir zabit yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Şerif Robert Lunanın sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.