02 iyun 2025 17:07
206

Britaniya "müharibə hazırlıq" rejiminə keçdi - Starmer ELAN ETDİ

Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkənin yeni müdafiə strategiyasının bir hissəsi olaraq həyata keçiriləcək “üç əsas dəyişikliyi” açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Birinci dəyişiklik "müharibə hazırlığına keçmək"dir. Britaniyanın baş naziri bunu Avropada gərginliyin artması fonunda prioritet tədbir adlandırıb.

İkinci dəyişiklik NATO ilə tam koordinasiya ilə bağlıdır. Bu o deməkdir ki, Londonun hər bir hərəkəti Şimali Atlantika Alyansının hərbi gücünün güclənməsinə töhfə verəcək.

O, qeyd edib ki, Böyük Britaniyanın müdafiə siyasəti həmişə NATO-ya yönələcək. Üçüncü dəyişiklik "müharibə tempi ilə" yeniliklərin tətbiqi olacaq. Starmer sursat istehsalı üçün 6 fabrik və 12-yə qədər sualtı qayıq inşaa etmək planlarından danışıb. O əlavə edib ki, 2035-ci ilə qədər Britaniya silahları on qat daha ölümcül olacaq.

Baş nazir Qlazqoda mətbuat konfransında deyib ki, Britaniyanın üzləşdiyi təhlükə “soyuq müharibə" dövründəkindən daha ciddi, daha ani və daha gözlənilməzdir.